Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2019 12:56
Mövsümün sonunda "Atletiko"dan ayrılacağı dəqiqləşən Filipe Luis "Borussiya"nın təklifini rədd edib.
Qol.az-ın məlumatına görə, bu barədə "Bild" nəşri xəbər yayıb. Braziliyalı müdafiəçinin "Barselona"ya görə Dortmund təmsilçisinə "yox" dediyi iddia olunur. 33 yaşlı futbolçunun yayda məhz Kataloniya klubuna keçəcəyi gözlənilir.
Qeyd edək ki, mövsümün sonunda "Atletiko" ilə müqaviləsi başaçatacaq Luislə ölkəsinin "Flamenqo" klubu da maraqlanır.