Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tahir Gözəlin çempionluq təəssüratları

Tahir Gözəlin çempionluq təəssüratları

Tarix: 11 May 2019 21:20

"Doğrudan da "Qarabağ" klubu adına böyük bir sevinc hissi yaşayıram".

Qol.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 28-ci turunun "Neftçi" - "Qarabağ" oyunundan (2:3) sonra "CBC Sport" telekanalına açıqlamasında "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib. Çempionluq təəssüratlarını bölüşən T. Gözəl Çempionlar Liqasında ötən ilki uğurları təkrarlamaq istədiklərini bildirib:

"İlk dəfədir ki, Azərbaycanda bir klubu ardıcıl 6 dəfə çempion olur. Bizim əsas hədəfimiz "Qarabağ"ın adını dünyada tanıtmaqdır. Bu məsuliyyət növbəti dəfə bizə verildi. Çempionluq münasibətilə, hörmətli prezidentimizi, xalqımızı, azarkeşlərimizi təbrik edirəm. Hədəfimiz ötən illərdə qazandığımız uğurları təkrarlamaqdır. Bilirsiniz ki, ilk dəfə "Qarabağ" dünya səviyyəli klubları Bakıya gətirdi. Yenə eyni uğurları təkrarlamaq istəyirik".
 


Etiketlər:  Tahir Gözəlin çempionluq təəssüratları


RƏYLƏR