Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 18:42
İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cavad Cahangirzadə Azərbaycan Mətbuat Şurasında olub.
Mətbuat Şurasından Sonxeber.net-a verilən məlumata görə, qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, İran və Azərbaycan xalqları arasındakı tarixi dostluq və mehriban qonşuluq münasibətləri hər iki ölkənin müasir əməkdaşlığında başlıca həlqəni təşkil etməkdədir. Sevindirici haldır ki, İranın və Azərbaycanın media qurumları da fəaliyyətlərini bu ənənəyə sadiqlik ruhunda qurmaqdadır.
İranın Azərbaycandakı Səfirliyinin son illər hər iki ölkənin kütləvi informasiya vasitələri arasındakı təmasın möhkəmləndirilməsinə yönələn təşəbbüslərinin geniş təqdir olunduğunu vurğulayan MŞ sədri əlavə edib ki, başlanmış yolun davamı vacibdir və rəhbərlik etdiyi təşkilat mövcud istiqamətdəki işbirliyinin perspektivlərinə ümüdlüdür.