Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 21:54
Türkiyə məhkəməsi iş adamı və xeyriyyəçi Osman Kavalanın Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən sərbəst buraxılması çağırışına baxmayaraq həbsdə saxlanılmasına qərar verib. O, 2013-cü ildəki etirazlarda iştirakına görə mühakimə olunmuşdu.
Kavala iki ildən çoxdur ki, İstanbulun Gezi Parkında başlayan və ölkə boyu yayılan o zaman Baş Nazir olmuş Rəcəb Tayyib Ərdoğana qarşı etiraz aksiyalarının təşkili və maliyyələşdirməsi yolu ilə hökuməti devirməyə cəhd etmək ittihamı əsasında nəzarət altında saxlanılır.
Sonxeber.net "Amerikanın səsi"nə istinadən bildirir ki, sübuta yetirilərsə, ömürlik həbs cəzası ilə qarşılaşa biləcək Kavala bütün ittihamları rədd edir. Onunla birlikdə daha 15 müttəhim mühakimə olunur, ancaq həbsdə olan yeganə şəxs odur. Məhkəmə iclası yanvarın 28-dək təxirə salınıb.
Türkiyə məhkəməsi iddia edilən cinayətlərin ağırlığına görə Kavalanın həbsxanada saxlanılmasına qərar verdiyini və AİHM qərarının yekun qərar olub-olmaması ilə bağlı Ədliyyə Nazirliyindən cavab gözlədiklərini bildirib.