Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən kiçik ölçülü və sürətli “Fləş kartı”

Dünyanın ən kiçik ölçülü və sürətli “Fləş kartı”

Tarix: 24 Dekabr 2019 22:12

"Kickstarter" platforması dünyaya bir çox maraqlı layihələr təqdim edib. Növbəti layihələrdən biri "Bullet SSD" fləş kartı ola bilər. İstehsalçılar əmin edirlər ki, bu, dünyada ən kiçikölçülü, yüksəksürətli SSD daşıyıcısıdır. Qurğu bütün populyar platformaları dəstəkləyir və kənar təsirlərə qarşı yüksək müdafiəyə malikdir.

Sonxeber.net techland.az-a istinadən bildirir ki, "Bullet SSD" görünüşcə "USB Type-C" konnektoru ilə təchiz edilmiş ən adi fləş kartı xatırladır. Daşıyıcının çəkisi 18 qr-dır. Bundan başqa, cihaz "IP67" standartı üzrə su və sudan qorunub ki, bu da onun etibarlılığını və davamlılığını artırır.

İstehsalçının iddiasına görə, daşıyıcının məlumatları oxuma və yazma sürəti təxminən 500 MB/s təşkil edir ki, bu da kiçikölçülü fləş kartı üçün rekord göstəricidir.

Aksesuar məlumatların saxlanılması, cihazlar arasında məlumatların ötürülməsi və ehtiyat nüsxələrinin yaradılması üçün universal daşıyıcı kimi təqdim edilir. "Android", "iOS", "macOS", "Windows", "Linux" sistemlərinin idarəetməsi altında işləyən qurğuları, kameraları və oyun konsollarını dəstəkləyir.


Etiketlər:  Dünyanın kiçik ölçülü sürətli Fləş kartı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ