Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Oyundan əvvəl danışdıq ki, gərginlik olmasın'' - Rəşad Sadıqov

''Oyundan əvvəl danışdıq ki, gərginlik olmasın'' -  Rəşad Sadıqov

Tarix: 12 May 2019 01:08

"Çempion olduğumuz üçün sevinirik. Bunu bayram edirik. Çox ağır mövsüm oldu. Əslində “Neftçi” də çempionluğa layiq idi. İkimiz də gərgin mübarizə apardıq. Sevinirik ki, biz qələbə qazandıq”. 

Bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının sonuncu -28-ci turunda “Neftçi”ni məğlub etdikləri matçdan (3:2) sonra deyib.

Təcrübəli futbolçu görüşdə bir az gərginliyin olduğunu söyləyib: “Əslində matçdan öncə çox danışdıq ki, gərginlik olmasın. Hətta oyundan öncə Ruslan Abışova dedim ki, oyunçuları maksimum sakitləşdirək ki, oyun rahat keçsin. Durduğumuz yerdə gərginləşməyə başladıq. Bəzi epizodlar üst-üstə gəldi. Birinci hissədən sonra isə komandalar sakitləşdi və ikinci yarıda meydanda yalnız futbol gördük”.

Sadıqov deyib ki, Qurban Qurbanov onu əvəzləməklə düzgün qərar verib: “Mükafatlandırma mərasimdə Platellasla bir-birimizi düz anlamadıq. Sonradan başa düşdük. Əllərimizi sıxdıq”.

Təcrübəli müdafiəçi çempionatın gərgin və onlar üçün çox vacib olduğunu diqqətə çatdırıb: “Neftçi”nin “Sumqayıt”la matçda xal itirməsi çempionluq yolunda ciddi addım idi. Biz özümüz də bunu gözləmirdik. Çünki həmin oyunu izləyirdik və “Sumqayıt” da gənclərə şans vermişdi. Elə oldu ki, rəqib xal itirdi. Həmin andan sonra çempionluğa daha çox inandıq. Hamımız bu günə köklənmişdik ki, son turda həll olunacaq. Çempionatın sonunu itkisiz keçirə bildik. Qurban müəllim qışdan sonra işimizi çox artırmışdı. Məşqlərə və analizlərə çox yer verilirdi. Bəzən bazada çox qalırdıq. Məşqçi hamımızı çempionata köklədi. Futboldan başqa heç nə düşünmürdük”.

Sadıqov “Neftçi” ilə matçlarının hər zaman maraqlı keçdiyini deyib: “Oyun hər zaman gərgin olmur. Hər matçda qələbə qazanmaq istəyirik. Bugünkü qələbə bizim üçün böyük əhəmiyyət kəsb etmirdi. Əsas çempionluq idi”(sportnet.az)

 


Etiketlər:  Oyundan əvvəl danışdıq gərginlik olmasın Rəşad Sadıqov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ