Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2019 12:20
Yunanıstan çempionatında hakimlər gözlənilməz addıma əl atmağa hazırlaşır.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yunanıstan Hakimlər Birliyi çempionatın 17 və 18-ci turlarında keçiriləcək matçları boykot etməyi planlaşdırır.
Buna səbəb “Volu” – “Olimpiakos” matçından sonra VAR hakimi Angelos Evangelunun evinə hücum olunmasıdır. Hakimlər Birliyinin 30 dekabr keçiriləcək iclasdan sonra 17 və 18-ci turun oyunlarını idarə etməyəcəklərini rəsmən açıqlayacaqlar.
Qeyd edək ki, 17-ci turun oyunları 4-5 yanvar tarixlərində keçiriləcək. Bu turun oyunları arasında Yunanıstan derbisi hesab olunan “Olimpiakos” – “Panatinaikos” matçı da yer alır.