Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2019 15:28
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının mayın 13-dən 18-dək Bakıda, mayın 22-dən 28-dək isə Qəbələdə təlim-məşq toplanışı olacaq.
Qol.az-ın AFFA-ın saytına istinadən yaydığı xəbərə görə, toplanışa 24 futbolçu çağırılıb. Onlardan 4-ü Rusiya klublarında oynayan oyunçulardır:
Elməddin Sultanov, Xəyal Muradov, Samir Qurbanov, İdris İnqilablı, Məhəmməd Məhərrəmov (hamısı Qəbələ), Ayhan Arazlı, Zamiq Əliyev, Nihad Quliyev, Tural Bayramov (hamısı "Qarabağ"), Əkbər Vəliyev ("Keşlə"), Nihad Qurbanlı, İlkin Əbiyev, Vüsal Əsgərov, Turan Vəlizadə, İsmayıl Zülfüqarlı (hamısı "Neftçi"), Murad Məmmədov, Ədilxan Qarəhmədov (hər ikisi "Səbail"), Rüfət Abdullazadə, Səbuhi Abdullazadə (hər ikisi "Sumqayıt"), Nurlan Şabanov ("Zaqatala"), Rüstəm Samiqullin ("Storgino" Rusiya), Elnur İbrahimov (Moskva klubunun akademiyası, Rusiya) , Ruslan Qabaraev (SSKA, Rusiya), Timur Babaev ("Aksay" Rusiya)
Qeyd edək ki, Timur Babayev U-19-un Bakıdakı, Elnur İbrahimovla Ruslan Qabaraev isə Qəbələdəki hazırlıq prosesinə qoşulacaqlar.