Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Futbola baxa-baxa toy oxuyurdum” - Əməkdar artist - VİDEO

“Futbola baxa-baxa toy oxuyurdum” - Əməkdar artist - VİDEO

Tarix: 26 Dekabr 2019 16:10

ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı əməkdar artist Baloğlan Əşrəfov olub.

Sonxeber.net bildirir ki, əməkdar artist maraqlı açıqlama verib:

"Yalan olmasın 1 il qabaq toylar danışırdım. "Nefçi"nin oyun təqvimini götürürdüm, görürdüm ki, hansı günü "Nefçi" oynuyur, həmin günə yalandan Bakı yazırdım. Guya Bakıya toy danışmışam. Toya 1, 2 gün qalmış musiqçilərə məlumat verirdim ki, toy dayandı. Bir dəfə, iki dəfə, beş dəfə dayandı dedim.

Bunlar hələ də fikirləşirlər ki, bu, nə olan şeydi ki, Bakıya danışdığı toy dayanır. Bir dəfə məni izləyiblər və "Nefçi"nin stadionunda görüblər. Bir dəfə Lənkərdanda toy sahibi toyxanaya uzun kabellə televizor təşkil etdilər və televizoru stolun altına qoydular. Yaxşı futbol gedirdi. Mən həm oxuyurdum, həm də stolun altından futbola baxırdım".


Etiketlər:  Futbola baxa baxa oxuyurdum Əməkdar artist VİDEO


RƏYLƏR