Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saxta içkiləri necə tanıyaq? - Ölümə aparan ''ləzzət''

Saxta içkiləri necə tanıyaq? - Ölümə aparan ''ləzzət''

Tarix: 26 Dekabr 2019 23:27

Yəqin ki, çoxumuz spirtli içkidən zəhərlənən şəxslər haqqında son xəbərlərdən məlumatlıyıq. Üç nəfər dünyasını dəyişib, bir nəfərin isə gözləri tutulub. İlkin ehtimal olaraq, onların zəhərlənməsinə səbəb saxta spirtli içki göstərilir.

HƏR İL MİLYONLARLA İNSANI ÖLDÜRÜR!
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu saxta spirtli içkidən ölüm hadisəsinin qeydə alındığı ilk hal deyil. Spirtli içkilərə aludəlik dünyada vaxtından əvvəl (erkən) ölüm və əlilliyin mühüm risk faktorlarından biridir. Məsuliyyətsiz və təhlükəli səviyyədə spirtli içkilərdən istifadə hər il milyonlarla insanın ölümünə səbəb olur.

Məsələn, 2004-cü ildə spirtli içkilər 2.3 milyon insanın ölümünə səbəb olub. Bu isə dünyada bütün ölüm hallarının 3.8%-na bərabərdir.

SAXTA İÇKİNİ NECƏ MÜƏYYƏN ETMƏK OLAR?

Bir çoxları üçün alkoqollu içkilərin keyfiyyətinin necə yoxlanılması təbii ki, maraqlıdır. İçki alarkən alıcı mağazada birinci növbədə onu möhkəm çalxalamalıdır. Bu zaman əgər butulkanın içində iri qabarcıqlar əmələ gələrsə, bu malın keyfiyyətinin itirməsini göstərir. Əksinə xırda qabarcıqlar görünürsə onda içki keyfiyyətlidir.

Spirtli içki alarkən istehlakçılar birinci növbədə şüşə qabı nəzərdən keçirilməli, onun saxlanma və hazırlanma müddətinin dəyişdirilməməsinə diqqət yetirməlidir. Eyni zamanda şüşə butulkanın qapağının çıxıntısız olmasına, etiketində yuxarıda qeyd edilən məlumatların olmasına diqqət yetirilməlidir. Alkoqollu içkilər quru, havası yaхşı dəyişdirilə bilən anbarlarda 10-20ºC temperaturda, vertikal vəziyyətdə saхlanmalıdır.

SAXTA İÇKİLƏRİ NECƏ HAZIRLANIR?

Spirtli içkilər hazırlanərkən onların tərkibinə etanol adlı kimyəvi maddə qatılır. Etanol və ya alkoqol rəngsiz, kəskin iyə malik maye olub, el arasında alkoqol kimi tanınır. Alkoqol kefləndirici maddədir.

Saxta spirtli içkilər hazırlanarkən isə, onların tərkibinə daha ucuz başa gələn texniki spirt qatılır. Bu da zəhərlənməyə və ağır xəstəıliklərin yaranmasına gətirib çıxarır.

Qeyd etmək lazımdır ki, spirtli içkilərin təhlükəli səviyyədə istifadəsi nəticəsində baş verən xəstəliklər digər bütün xəstəliklərin 4.5%-ni təşkil edir.


Etiketlər:  Saxta içkiləri necə tanıyaq Ölümə aparan ləzzət


RƏYLƏR