Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 01:18
"Mançester Yunayted"in futbolçusu Skott Maktominey İngiltərə Premyer Liqasının 19-cu turunda "Nyukasl"la matçın (4:1) 24-cü saniyəsində sarı vərəqə alıb.
Qol.az xəbər verir ki, o, rəqib futbolçu Şon Lonkstaffa qarşı fouluna görə xəbərdarlıq alıb.
Bu, ən azı 2006/2007 mövsümündən indiyə kimi ən tez verilən sarı vərəqədir.
Qeyd edək ki, İngiltərə Premyer Liqası tarixində ən sürətli xəbərdarlıq 1992-ci ilin martında olub. Həmin vaxt "Şeffild Yunayted" forması geyinən Vinnie Yones "Mançester Siti" görüşün 5-ci saniyəsində sarı vərəqə alıb.