Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Galaxy Watch Active 2 - istənilən tərzə uyğun ''ağıllı'' aksessuar

Galaxy Watch Active 2 - istənilən tərzə uyğun ''ağıllı'' aksessuar

Tarix: 27 Dekabr 2019 10:00

Galaxy Watch Active 2, nəinki üzərində vaxtı əks etdirən, həm də fiziki aktivliyi izləməyə imkan yaradan və bəzi hallarda hətta smartfonu belə əvəz edə bilən tam funksional kommunikator rolunu oynayan Samsung - un təqdim etdiyi, ağıllı bir saatdır. Cihaz mexaniki saatın xüsusiyyətlərini tamamilə təkrarlayır, belə ki, bu oxşarlıq Galaxy Watch-ın dəyirmi formasında, klassik siferblatında, düymələrində və hətta kəmər dizaynında əks olunur.  Saat alüminium və ya paslanmayan poladdan istehsal edilmiş korpusda, gümüş, qara və ya qızılı rənglərdə təqdim edilmişdişdir. Həmçinin seçiminizi 44 mm və 40 mm-lik modellər arasında edə bilərsiniz. Belə ki, seçim edərkən yalnız fərdi istəklərinizə əsaslanmanızı tövsiyə edirik, çünki, fərqli ölçüyə malik saatların ekranları və interfeysi eynidir və onların istifadəsi çox rahatdır. Beləliklə, alüminium korpuslu modeldə silikon, paslanmayan poladdan olan korpuslu modeldə isə dəri kəmər nəzərdə tutulub. Əlavə olaraq siferblatı özünüzə uyğun tərzdə tənzimləmək imkanı da mövcuddur. Belə ki, My Style Watchface-nin köməyi ilə, siz sadəcə geyiminizin fotosunu çəkərək, qeyd edilən tərzə uyğun yaradılmış çalarlardan birini seçə bilərsiniz. 

"Ağıllı" saat əlavə elementlər tələb etməyən minimalist bir dizaynda ərsəyə gətirilmişdir. Burada axarı korpus, incə çərçivə ilə haşiyəyə alınmış yenilənmiş displeylə tamamlanmışdır.  Qeyd edilən bu yenilik sayəsində cihaz daha çox işləmə sahəsi əldə etmişdir. Beləliklə, indi 40 mm modellərdə ekran 1,2", 44 mm modellərdə isə 1,4" təşkil edərək, hər iki halda dəyişməz 360x360 piksel icazəyə malikdir.  Qeyd edək ki, smart saat parlaq və rəngarəng SuperAMOLED ekranı ilə təchiz olub ki, burada parlaqlığın avtomatik idarə edilməsi sayəsində, ekranda əks olunan məlumatların hətta günəş işığında belə asanlıqla oxunması təmin edilir.  Galaxy Watch Active 2 modelini fərqləndirən əsas xüsusiyyətlərdən biri burada sensor tipli bezelin olmasıdır.  Belə ki, cihaz üzərində saatla daha rahat işləməyə kömək edən və parametrlər menyusunda asanlıqla hərəkət etməyə imkan yaradan dairəvi idarə edici qurraşdırılmışdır. Sensorlu bezeli istədiyiniz anda ümumi tənzimləmələr siyahısından söndürə və ya aktiv edə bilərsiniz. Əlavə olaraq, Galaxy Watch Active 2-in idarə edilməsinə siferblatın sağ tərəfində yerləşdirilmiş daha iki mexaniki düymə cavabdehdir. Sol tərəfə isə səsli zəngləri dəstəkləməyə imkan yaradan dinamik əlavə edilmişdir.

Saat 1.15 GHz tezliyə malik iki nüvəli Exynos 9110 prosessorundan istifadə edir. Həmçinin burada, 768 MB operativ yaddaş və 4 GB daxili yaddaş da quraşdırılmışdır ki, bu da müvafiq olaraq istədiyiniz şəkil və ya musiqini birbaşa cihaza yükləməyə imkan yaradır. 

Sözü güdən saat IP68 standartlarına uyğun su və toz keçirməməzliklə təchiz olunmuş, displey üzərində bərkidilmiş Corning Gorilla Glass DX +  tipli şüşə ilə örtülmüşdür.  Əlavə olaraq, "ağıllı" saatla hətta suya dala biləcəyiniz qeyd edilir, belə ki, indi Galaxy Watch Active 2-dən istənilən mühitdə istifadə etmək imkanınızın olacaq, cihaz suyun 50 metrə (5 ATM) dərinliyinə qədər sudan "qorxmur". Bu məqam vacib bir amildir, çünki smart saatların əsas istifadə məqsədlərindən biri məhz fiziki aktivliyin izlənilməsidir.  Bu məqsədlə burada bir neçə sensor quraşdırılmışdır ki, buna misal olaraq sürətləndirmə sensoru, giroskop, barometr və ürək döyüntüsü sensorunu da qeyd etmək olar. Beləliklə, saat, 39-dan çox idman növünü izləməyə imkan verir, onlardan yeddisi avtomatik aktivləşdirilir - qaçış, üzgüçülük, gəzinti, velosiped sürmək və digərləri. Burada yenilənmiş Running Coach funksiyası real vaxt rejimində sürəti müəyyənləşdirməyə və məşqlər üçün yeddi proqramdan birini seçməyə imkan verir. Əlavə olaraq, saat vasitəsi ilə siz yandırılmış kalori və sərf etdiyiniz vaxt barədə məlumatı da toplaya bilərsiniz.


Etiketlər:  Galaxy Watch Active istənilən tərzə uyğun ağıllı aksessuar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ