Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''HUAWEI'' biznesin qlobal inkişaf strategiyası haqqında bəhs etdi

''HUAWEI'' biznesin qlobal inkişaf strategiyası haqqında bəhs etdi

Tarix: 27 Dekabr 2019 13:00

"HUAWEI" şirkəti yaxın illər ərzində biznesin inkişafı istiqamətində planları haqqında məlumat verdi. Qeyd edildi ki, qoşulmuş cihazların və mobil xidmətlərin məşhur növlərini birləşdirən hərtərəfli ekosistemin yaradılması yönündə səy göstəriləcək.

Süni intellektin və "5G" rabitə texnologiyasının fəal inkişafı nəticəsində növbəti onillik "ümumi internet" dövrü olacaqdır. Belə ki, simsiz şəbəkələrə qoşulmuş bütün cihazlar bir-biri ilə qarşılıqlı əlaqədə olaraq, istifadəçilərə tamamilə unikal, əvvəllər əlçatmaz hesab olunan yeni imkanlar təklif edəcəklər. Süni intellektin inkişafı texnologiyalar və insanlar arasında qarşılıqlı əlaqəni sadələşdirəcək, səs və vizual idarəetmə hesabına onu təbii hala gətirəcəkdir.

Qoşulmuş hər bir cihaz smartfonun təklif etdiyi imkanlardan daha üstün olan nadir xüsusiyyətlərə malikdir; məsələn; "HUAWEI Vision" kimi ağıllı displeylər ekranının ölçüsü və sistemin akustik gücü ilə fərqlənir. "HUAWEI FreeBuds - 3" qulaqcıqları yüksəkkeyfiyyətli səslənmə və səs-küyün effektiv azaldılmasını təklif edir; "HUAWEI GT - 2" ağıllı saatını həmişə rahatlıqla daşımaq mümkündür. Avtomobil multimedia cihazları isə danışığı məsafədən yaxşı qəbul edir və daha güclü geolokasiya modullarına malikdir. Gələcəkdə sadalanan cihazlar bir-birləri ilə qarşılıqlı surətdə fəaliyyət göstərəcək; məsələn: məşq zamanı smartfonu özünüzlə daşımaq xoşunuza gəlmirsə, onu rahatlıqla soyunma otağında qoya bilərsiniz. Bu zaman qulaqcıqlar sizi sevimli musiqinizdən ayırmamaq üçün avtomatik surətdə ağıllı saata qoşacaq. 

Qoşulmuş bütün növ cihazları birləşdirən "HUAWEI" intellektual ekosisteminin əsasında "HUAWEI HiLink" aparat platforması, ən yeni Kirin çiplərinin hesablama imkanları, "HUAWEI HiAI" intellektual interfeyslərinin zəngin dəsti və mobil "HUAWEI" xidmətləri durur.

"HUAWEI HiAI" ağıllı cihazları üçün hesablama platforması - ekosistemin bütün dünyada kənar tərəfdaş geliştiricilər üçün HUAWEI çiplərinin, cihazlarının və bulud xidmətlərinin imkanlarını açan əsas elementidir. Beləliklə, tətbiq geliştiriciləri cihazlarda mürəkkəb intellektual tapşırıqları idarə edərkən, enerji istehlakını effektiv şəkildə azaltmaq üçün "HUAWEI" çiplərinin bacarıqlı imkanlarına qoşulmağa səy göstərməlidirlər. Bulud xidmətlərinin imkanlarına çıxış isə öz növbəsində, yalnız hesablar, ödənişlər və mesaj çatdırma xidmətləri olaraq, "HUAWEI Mobile Services" platformasının əsas komponentlərini əhatə etmir, həmçinin pərakəndə kənar xidmətləri "HUAWEI Ability Gallery"nin strukturunda birləşdirir.

"HiAI" paketinə hazırda bir neçə əsas alət daxildir: mətnin tanınması; şəkillərin tanınması; üztanıma və kodun müəyyənləşdirilməsi. "HiAI" ekosisteminə, artıq 3500-dən artıq tərəfdaş və 40000-dən yuxarı tətbiq geliştiricisi qoşulmuşdur.

Smartfon və PK (Multi-screen Collaboration) arasında çoxekranlı qarşılıqlı əlaqə yeni funksiya hesab olunur. Bu, cihazlar arasında faylların ötürülməsini dəfələrlə sadələşdirəcək, smartfonun funksionallığını hesablama imkanları və böyük noutbuk ekranı ilə birləşdirərək, daha səmərəli işləməyə imkan verəcəkdir.


Etiketlər:  HUAWEI biznesin qlobal inkişaf strategiyası haqqında bəhs etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ