Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçməyən yuxululuğun GİZLİ SƏBƏBLƏRİ

Keçməyən yuxululuğun GİZLİ SƏBƏBLƏRİ

Tarix: 27 Dekabr 2019 23:00

Yuxululuq, apatiyanın səbəbləri arasında bəzi dərmanların qəbulu, havasız məkanda uzun müddət ərzində qalmaq və s. ola bilər.

Lakin bəzi hallarda keçməyən yuxululuq hər hansı xəstəliyin simptomu kimi meydana çıxır.

Sonxeber.net saglamolun.az-a istinadən bu xəstəliklər haqqında məlumat təqdim edir:

Qanazlığı

Yuxululuq qanazlığının əsa simptomlarından biridir. Orqanizmdə dəmirin çatışmazlığı hemoqlobinin istehsalını azaldır. Hemoqlobin orqanizmin hər hüceyrəsinə oksigen daşıyır. Beyin oksigenin çatışmazlığına birinci reaksiya verir ki, insan yuxululuq, zəiflik, başgicəllənməsi hiss etməyə başlayır.

Depressiya

Müasir insanların bəlası olan depressiya da özünü səbəbsiz yorğunluq, zəiflik və yuxululuqla büruzə verir.

Depressiyada olan insan hətta yataqdan durmaq, adi ev işlərini görmək, özünə baxmaq istəmir.  

Apnoe

Yuxuda xoruldayan (tibdə buna "apnoe" deyilir) insanlarda gecə zamanı dəfələrlə nəfəsalmanın dayanması baş verir. Bunun nəticəsində insan hiss etmədən tez-tez oyanır və yenə yuxuya gedir. Təbii ki, belə yuxu natamam olur və insan gün ərzində daim yuxululuq və yorğunluq hiss edir.


Etiketlər:  Keçməyən yuxululuğun GİZLİ SƏBƏBLƏRİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ