Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 07:04
Həbəşistan Çinin köməyi ilə "ETRSS-1" adlı ilk peykini kosmosa buraxıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, Həbəşistan Baş nazirinin müavini Demek Mekonnenin sözlərinə görə, bu layihə çiçəklənməyə doğru aparan tarixi səyahət üçün əsas olacaq.
Məlumata görə, məsafədən zondlama peykinin buraxılışı Çinin şimalında Şansi əyalətində yerləşən Tayyuan kosmodromundan "Changzheng-4B" raketdaşıyıcısı vasitəsilə həyata keçirilib. "ETRSS-1" peyki "Changzheng-4B" raketdaşıyıcısının göyərtəsində olan doqquz peykdən biridir. Peyk ilk növbədə infrastrukturun inkişafının, kənd təsərrüfatı və meşə resurslarının vəziyyətinin monitorinqi, eləcə də daha dəqiq hava proqnozlarının tərtibi üçün nəzərdə tutulub. Qiyməti 7 milyon dollar təşkil edən aparatın 6 milyon dolları Çin tərəfindən ödənilib.