Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 16:56
"Səbail"in üzvü Maykl Essyenin aylıq məvacibi bəlli olub.
Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, qanalı futbolçu paytaxt təmsilçisində o qədər də yüksək maaş almır.
"Dənizçilər" yarımmüdafiəçiyə aylıq 12500 ABŞ dollar pul ödəyirlər. Bu, Premyer Liqanın aparıcı klublarında çıxış edən bir çox futbolçunun maaşından dəfələrlə az məbləğdir.
Essyenin bu pula razı olmasının da səbəbi bəllidir. Qanalı futbolçu fərqli ölkədə yaşamaq və məşqçilik peşəsinin sirlərinə yiyələnmək üçün "Səbail"dən bu məvacibi almağa razı olub.