Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2019 18:12
Fransanın Uaza departamentində 19 yaşlı gənc pedofiliyada günahlandırılan Roma-katolik kilsəsinin keşişini öldürüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Aleksandr adlı gənc qətldə istifadə etdiyi xaçı birbaşa olaraq 91 yaşlı keşiş Rocer Matassolinin ağzına sancıb.
Keşişin cəsədini polis əməkdaşları tapıb. O, hava çatışmazlığından ölüb.
Aleksandr V. polis əməkdaşları tərəfindən saxlanılıb. O, işgəncə, qətl və polisə müqavimət göstərməkdə ittiham olunub. Ekspertiza nəticəsində qatildə psixi pozuntular aşkarlanıb.