Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlikdən ''CBC Sport''a sərt cavab

Nazirlikdən ''CBC Sport''a sərt cavab

Tarix: 28 Dekabr 2019 18:48

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova “CBC Sport” telekanalının şərhçisi və rəsmisi Rüstəm Əfsərlinin nazirliklə bağlı sərt ittiham səsləndirməsinə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, özünün "Feysbuk" hesabında bununla bağlı yazıb: "2019-cu ilin idman yekunlarına dair  ADBTİA-da keçirilən tədbirdən sonra CBC Sport telekanalının əməkdaşı Rüstəm Əfsərlinin öz  Facebook səhifəsində Dövlətin gənclər və idman siyasətinə cavabdeh olan qurumunu şəxsi ambisyasına görə qeyri-peşəkarlıqda ittiham etməsi, nazirliyin  ölkə başçısının rəhbərliyi ilə apardığı gənclər və idman siyasətinə qarşı atılan addımı kimi qiymətləndirilir. 

Nazirlik bu mövzu ilə bağlı atacağı addımları qısa zamanda ictimaiyyətə açıqlayacaq".

Qeyd edək ki, R.Əfsərli nazirliyin dünən ilin yekunu ilə bağlı açıqladığı nominasiyalarda KİV-lər arasında kanalın adının yer almaması ilə bağlı bunları yazmışdı: “Gənclər və İdman Nazirliyinin nominasiyalarında qalib gəlmiş həmkarlarımı ürəkdən təbrik edib, onların uğurlarına sevindiyimi tam səmimiyyətimlə qeyd edərək, ölkədə ən çox idman tədbiri işıqlandıran CBC Sport kanalının adının növbəti dəfə bu siyahıda olmaması ilə əlaqədar bəyan edirəm ki, həqiqətən də Azərbaycanda öz sahəsindən bu qədər başı çıxmayan ikinci nazirlik yoxdur”.

 


Etiketlər:  Nazirlikdən Sporta sərt cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ