Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 02:30
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən britaniyalı diplomatlar ətraf mühitin mühafizəsi məqsədilə elektromobillərdən istifadəyə keçəcəklər.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici siyasət idarəsinin bəyanatında bildirilir.
Britaniya istehsalı olan elektrik krossoverləri bu ölkənin dünyanın hər yerində yerləşən 30 diplomatik nümayəndəliyinə göndəriləcək.