Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 09:06
BMT-nin baş katibi Antoniu Quterreş Somalidə baş verən terror aktını qınayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrikin bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Baş katib dekabrın 28-də Moqadişoda baş verən terror aktını qətiyyətlə pisləyir. Baş katib terror aktını həyata keçirənləri məsuliyyətə cəlb etməyə çağırıb".