Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2019 15:14
Azərbaycan millisinin və "Tobol"un qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasında ən çox seyv edən qapıçılardan biridir.
Sonxeber.net futbolinfo.az-a istinadən xəbər verir ki, Balayev son mövsümdə 29 qurtarışla ilk "3-lük"də qərarlaşıb.
Bu barədə Kostanay təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Emil, yalnız Karaqanda "Şaxtyor"unun qapıçısı İqor Şatski (31) və "Astana"nın qolkiperi Nenad Eriçdən (34) geri qalıb.