Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şampan, şərab, araq və pivəni hansı qəlyanaltılarla birləşdirmək lazımdır? - EKSPERT AÇIQLADI

Şampan, şərab, araq və pivəni hansı qəlyanaltılarla birləşdirmək lazımdır? - EKSPERT AÇIQLADI

Tarix: 29 Dekabr 2019 22:15

Yeni il bayramı və tətil günləri çox yeyib-içmək üzrə uzanan marafon yarışına bənzəyir.

Sonxeber.net xəbər verir ki, sağlam qidalanma üzrə ekspert Elena Solomatina Yeni il masasında bir-biri ilə uyğun və uzlaşmayan spirtli içkilərlə məzə və qəlyanaltılardan danışıb.

Ekspert izah edir ki, spirtli içkilərin yanında təklif edilən məzə və qəlyanaltının iki əsas tələbi var. Birincisi, sürətli intoksikasiyanın qarşısını almalıdır. İkincisi, qəlyanaltı alkoqollu içkinin dadını və qoxusunu boğmamalıdır:

"Etil spirti - spirtli içkilərin tərkibindəki etanol qaraciyərdə parçalanır. Odur ki, alkoqol qaraciyərə daha çox zərər verir. Etanol müxtəlif fermentlərin işlədiyi iki mərhələdə parçalanır. Əvvəlcə alkoqol dehidrogenləşmə fermenti etanolu asetaldehidə çevirir. Və sonra ferment asetaldehidi sirkə turşusuna çevirir. Düzgün qəlyanaltı bu fermentlərin ifrazına kömək edə, həm də spirtin qana daxil olmasını ləngidə bilər.

Yeni il masasını olivye salatı olmadan təsəvvür etmək çətindir. Belə bir salatı hansı şərabla birlikdə yemək lazımdır? Bu, onun hazırlanması və təqdimatından asılıdır. Salat toyuğun döş əti, zeytun yağı, az yağlı xama və ya qatıqla hazırlanıbsa, ağ şərabla əla qəlyanaltı olacaq. Əgər salata mayonez, turşu, göbələk, ət və digər yağlı qidalar əlavə ediriksə, onda bu məzə qırmızı şərab və ya araqla yaxşı həzm olunacaq".

Dietoloq "Quru şərablar ət qəlyanaltıları ilə yaxşı gedir" ənənəvi fikri təsdiqləyir.

"Ət və yağ spirtin qana daxil olmasını yavaşladır. Quru şərab da öz növbəsində ətin həzm prosesinə kömək edir. Fakt budur ki, ət uzun müddət həzm olunur və çox miqdarda mədə şirəsi və duz turşusu tələb olunur. Bu halda quru qırmızı şərab sadəcə turşu əlavə edir, orta turşululuğu artırır və ətin həzm olunmasına kömək edir. Bundan əlavə, şərabın tərkibində ətdəki xolesterinin mənfi təsirlərini azaldan antioksidantlar var.

Ümumiyyətlə, quru şərablar bir çox məhsulla uzlaşır, odur ki, onlara məzə və qəlyanaltı seçmək o qədər də çətin deyil. Ağız dadına əsasən bu və ya digər qəlyanaltı şərabın dadını vurğulaya və ya əksinə onu əngəlləyə bilər. Quru ağ şərabın tamı daha neytraldır, odur ki, onunla kəskin dada malik olmayan, daha yumşaq qoxu və dada malik yeməklər uyğun gəlir. Onunla yağlı pendir, qaynadılmış və qızardılmış balıq, yaxud da ağ ət tövsiyə etmək olar. Quru qırmızı şərabları isə ən yaxşısı daha ədviyyatlı və kəskin qırmızı ətlə birləşdirin. Ədviyyatlı pendir də əla məzə ola bilər".

Limonla konyak dost ola bilməz

Dietoloq təzə tərəvəz, karides, dana, quş əti və ya balıqdan hazırlanan qəlyanaltıları klassik şampanla birlikdə istifadə etməyi məsləhət görür.


Etiketlər:  Şampan şərab araq pivəni hansı qəlyanaltılarla birləşdirmək lazımdır EKSPERT AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ