Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qış mövsümündə bu qidalar qəbul edilməlidir

Qış mövsümündə bu qidalar qəbul edilməlidir

Tarix: 29 Dekabr 2019 23:54

Soyuq günlər yaxınlaşdıqca xəstəliklərdən qorunmaq üçün immuniteti gücləndirmək lazımdır. Bunun üçün A, E və S vitaminləri qəbul edilməsi faydalıdır. Bibər, ispanaq, limon və narıngi S vitamini ilə zəngindir. E vitamini isə daha çox yağlarda, o cümlədən balıq yağında və fındıq meyvəsində daha çox üstünlük təşkil edir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə həkim-diyetoloq Ləman Süleymanova bildirib.

Onun dediyinə görə, qış mövsümü zamanı balanslaşdırılmış qida qəbul edilməlidir. Əlbəttə ki, hər kəsin fərqli seçimi ola bilər, lakin səhər yeməyinin bir dilim qızardılmış tost çörək, yumurta, 4 zeytun, bir qədər pendir və ya kəsmikdən ibarət olması daha çox məsləhətdir. Xüsusilə qış mövsümündə orqanizm tələb etmədikdə də mümkün qədər çoxlu su, gün ərzində 10-14 stəkan içilməlidir.


Etiketlər:  Qış mövsümündə qidalar qəbul edilməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ