Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 08:20
Şimali Makedoniya Azərbaycan qazına çıxış əldə etmək üçün Bolqarıstanla qaz kəməri çəkmək niyyətindədir.
Trend-in "Central European Financial Observer"ə istinadən verdiyi məlumata görə, Şimali Makedoniya və Bolqarıstan ticarət və sənaye palatalarının nümayəndələri Makedoniyanın şərqindəki Strumitsa şəhərini qonşu Bolqarıstanın Petriç şəhəri ilə birləşdirən qaz kəmərinin çəkilməsi təşəbbüsü ilə çıxış ediblər.
Təşəbbüs Şimali Makedoniyanın Baş naziri Zoran Zayev və bolqar həmkarı Boyko Borisova təqdim edilib. Layihəni hazırlayacaq və həyata keçirmək üçün vəsait cəlb edəcək ortaq bir müəssisə yaradılması planlaşdırılır. Layihə 20-25 milyon avro dəyərində qiymətləndirilir və başa çatdırılması üçün 3 ay tələb olunacaq.
Z.Zayev qeyd edib ki, Strumitsa və Petriç arasında Bolqarıstandan Şimali Makedoniyaya qaz kəməri şəbəkəsi artıq mövcüddür.