Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 13:52
"Cənub Qaz Dəhlizi" Avropaya kömür hasilatını azaltmağa kömək edəcək.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə "S&P Global Platts" şirkətinin analitiki Ceyms Hakstepp deyib.
O qeyd edib ki, Avropada istifadə olunan enerji ehtiyatları həcminin təxminən dörddə bir hissəsi təbii qazın payına düşür və bu tələbat əsasən boru kəmərləri ilə nəql, mayeləşdirilmiş təbii qaz şəklində tədarük və yerli istehsal hesabına ödənilir:
"Son iki il ərzində Avropada kömür istehsalı 40 faiz azalıb. Bu, əsasən qaz tədarükünün artması, aşağl qiymətlər və enerji sektorunda kömürdən təbii qaza keçilməsi ilə əlaqədardır. "Cənub Qaz Dəhlizi" Avropada, xüsusilə də İtaliyada bu prosesi sürətləndirməyə imkan verəcək. Yunanıstan və Macarıstan da müvafiq olaraq 2028 və 2030-cu illərədək kömürdən imtina edən ölkələr sırasına qatılmağı planlaşdırır".