Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 650 min ağacın əkildiyi ərazilərin monitorinqi yekunlaşıb

Azərbaycanda 650 min ağacın əkildiyi ərazilərin monitorinqi yekunlaşıb

Tarix: 30 Dekabr 2019 14:42

Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət monitorinq qrupu Azərbaycanda bir gündə 650 min ağacın əkildiyi ərazilərin birinci monitorinqini başa çatdırıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, monitorinqlərin nəticələrinə əsasən, Şamaxı, Sabirabad, Saatlı, Gəncə və Bakı şəhərinin Nərimanov, Səbail, Xəzər, Xətai, Nizami rayonlarının ərazilərində əkilmiş ağaclara vaxtlı-vaxtında qulluq olunduğu, damcılı suvarma sistemi ilə təmin edildiyi və mütəmadi suvarıldığı müəyyən olunub.

Bir sıra rayonların ərazilərində isə əkilən ağacların, bəzi yerlərdə bərkidici dayaq olmadığından əyilməsi, dayaqların küləkdən sonra aşması müşahidə edilib: "Lakin çatışmazlıqlar tez bir zamanda aradan qaldırılıb. Hesab edirik ki, ağaclara ən yaxşı qulluq göstərildiyi ərazilər may-iyun ayında keçiriləcək ikinci monitorinqlərdən sonra məlum olacaq. İkinci monitorinq zamanı ağacların bitiş faizi müəyyənləşəcək, suvarma təminatının nəticələri görünəcək.


Etiketlər:  Azərbaycanda ağacın əkildiyi ərazilərin monitorinqi yekunlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ