Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Soyuğa davamınız yoxdur? - Səbəbi bunlar ola bilər

Soyuğa davamınız yoxdur? - Səbəbi bunlar ola bilər

Tarix: 30 Dekabr 2019 22:00

Bəzi insanlar hətta isti otaqda olduqda daim üşüyür. Belə insanlardan tez-tez "soyuğa davamım yoxdur" kimi ifadəni eşitmək olur. Səbəbsiz üşümə hər hansı xəstəliyin və ya pozulmanın simptomu ola bilər. Bu səbəbdən belə simptoma laqeyd yanaşmayın, səbəbini araşdırın.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, soyuğa davamsızlıq bu kimi xəstəliklərin və pozulmaların simptomu ola bilər:

-Qanazlığı. Bu əsas səbəblərdən biridir.

-Qalxanvari vəzi xəstəlikləri. Bu kiçik vəz orqanizmdə çox vacib funksiyaları icra edir. Bu funksiyalardan biri istiliyin mübadiləsidir. Qalxanvari vəzinin fəaliyyətinin zəiflənməsi soyuğa davamsızlığa səbəb olur.

-Artıq çəki. Kök insanlar normal çəkisi olan insanlarla müqayisədə daha çox üşüyür. Orqanizmdə yığılmış piy damarların sıxılmasına səbəb olur ki, bu da qan dövranını pozur. Nəticədə insan tez-tez üşüyür.

-Arıqlamaq üçün tutulan pəhrizlər, natamam qidalanma. Bu vəziyyətdə insan qida ilə az kalori alır, bu kalorilər orqanizmi qızdırmaq üçün kifayət etmir və nəticədə insan tez-tez üşüyür.


Etiketlər:  Soyuğa davamınız yoxdur Səbəbi bunlar bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ