Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SOCAR Rumıniyada növbəti yanacaqdoldurma məntəqəsi açdı

SOCAR Rumıniyada növbəti yanacaqdoldurma məntəqəsi açdı

Tarix: 31 Dekabr 2019 17:32

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada növbəti yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verib.

SOCAR-ın Rumıniyadakı törəməsi "SOCAR Petroleum SA" şirkətindən verilən məlumata görə, ölkənin cənubi-qərb regionunda, Serbiya və Bolqarıstan istiqamətindəki avtomagistrallar üzərində yerləşən Craiova şəhərində "SOCAR" brendi altında sayca 44-cü YDM açılıb.

Yeni məntəqə bu regionda müştərilərin ixtiyarına verilən sayca ilk məntəqədir. Məntəqədə 3 sayğac və elektriklə işləyən elektromobillər üçün şarj quraşdırılıb. Burada 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşını eyni anda benzin və dizel yanacaqları ilə təmin ediləcək. YDM ərzasindəki "Nar" kafedə müştərilərə yerli və Azərbaycan məhsulları təqdim olunur: "Dövlət başçı İlham Əliyevin "Made in Azerbaijan" brendinin təbliği istiqamətindəki siyasətinə uyğun olaraq, bütün məntəqələrdə Azərbaycan güşəsi yaradılmış və burada ölkəmizdən gətirilən məhsulların satışı həyata keçirilməkdədir.

Rumıniyada investisiya layihələrini uğurla reallaşdıran SOCAR bu ölkənin iri şəhərlərində ilbəil yanacaqdoldurma məntəqəsi şəbəkəsini genişləndirməkdə davam edir. Hazırda SOCAR Rumıniyanın 21 regionu - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Argeş, Bistritsa-Nasaud, Hunedoara, Sibiu, Buxarest, Braşov, Satu-Mare və Craiovada yanacaqdoldurma məntəqəsinə malikdir".


Etiketlər:  SOCAR Rumıniyada növbəti yanacaqdoldurma məntəqəsi açdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ