Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 23:20
İlk yüksək kütləli qara dəliklər 20-ci əsrin sonunda aşkar edilmişdilər. Lakin uzun müddət ərzində elm cəmiyyəti bu cür böyük obyektlərin kainat miqyasında çox qısa müddətdə necə yarandıqlarını anlaya bilmirdilər. Astrofiziklərin yeni kəşfi isə bu suala cavab verib. Bu barədə 4pda saytı xəbər verib. İlk yüksək kütləli qara dəliklər böyük partlayışdan bir neçə milyon il sonra yarandılar.
Həmin qara dəliklərin mövcud olması isə elmi faktları tamamilə təkzib edir. Belə ki, elmi faktlara əsasən bu cür böyük obyektlərin yaranması üçün daha çox zaman lazımdır. Bir neçə ilkin qalaktikların müşahidəsi zamanı məlum oldu ki, qaz şəklində olan qalaktik atmosfer qalaktikanın öz kütləsinin yarısına sahib ola bilər. Bu kəşf Çilinin Atakama səhrasında yerləşən ESO adlı teleskop vasitəsilə edilib. Həmin teleskop isə kvazarların müşahidəsi üçün nəzərdə tutulub.
Kvazarlar qalaktikaların mərkəzlərində olan yüksək kütləli qara dəliklərin hesabına böyük enerji buraxırlar və yüksək parlaqlığa sahib olurlar. Tədqiqat nəticələri onu göstəriblər ki, kvazarların yaşları 12.5 milyard ildən çoxdur. Məlum olub ki, yaşı çox olan bir çox kvazarların ətraflarında qaz şəklində olan böyük qalaktik atmosfer yerləşir. Həmin qalaktik atmosfer isə 100.000 işıq ili məsafəsinə yayıla bilir. Alimlər belə nəticəyə gəliblər ki, bu qalaktik atmosfer təkcə ulduzların böyüməsi üçün deyil həmçinin ilk yüksək kütləli qara dəliklər üçün enerji mənbəyi olub.