Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2020 06:16
Bakı. Trend:
ABŞ Bağdaddakı səfirliyinə edilən hücum ilə əlaqədar regiona təxminən 750 hərbçi göndərəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu öz "Twitter" səhifəsində ABŞ-ın müdaifə naziri Mark Esper yazıb.
M.Esper bildirib: "Təxminən 750 hərbçi dərhal bölgəyə yerləşdiriləcək. Əlavə qüvvələr də yaxın günlərdə göndərilməyə hazırdır".
Nazir vurğulayıb ki, ABŞ vətəndaşlarını və maraqlarını harada olursa olsun qoruyacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!