Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2020 09:20
Lənkəranda baş verən qəzada sürücü ağır yaralanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, rayonun Digah kəndində qarşı-qarşıya gələn "Mercedes Sprinter" və "VAZ 2107" markalı nəqliyyat vasitələri toqquşub.
Qəza nəticəsində "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü, Göyşaban kənd sakini, 1974-cü il təvəllüdlü Vasif Həmid oğlu Qurbanov ağır yaralanıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.