Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2020 11:10
"Ayaks"ın qapıçısı Andre Onana son açıqlaması ilə diqqət çəkib.
Qol.az xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, kamerunlu qolkiper deyib ki, 2017-ci ildə başqa kluba transfer olunmağına dərisinin rəngi mane olub: "Ayaks"la 1-ci ilimdə Avropa Liqasının finalına yüksəldim. Bundan sonra mənim agentim klub nümayəndəsi ilə danışıqlar aparırdı. Amma həmin klub bu transferi gerçəkləşdirməməyə qərar verdi. Çünki düşündülər ki, qaradərili qapıçı ilə azarkeşlər arasında çətinlik yarana bilər.
Ümumiyyətlə, iş onda deyildi ki, onlar məni yaxşı qapıçı hesab etmirdilər.Bunu bir iltifat olaraq qəbul etmişdim".
Onana onu da bildirib ki, Hollandiya liqasında irqçiliyə məruz qalır: "İrqçilik var. Demək olar ki, hər səfər matçında bununla qarşılaşıram. Ancaq bu barədə danışmıram.
Məni meymunla bir tutursansa-tamam. Amma mən ağla qara arasındakı fərqləri görmürəm. Əgər siz belə edirsinizsə - bu, sizin probleminizdir".