Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vivo smartfonlarına da həyat xilas etməyi öyrətdilər

Vivo smartfonlarına da həyat xilas etməyi öyrətdilər

Tarix: 2 Yanvar 2020 20:52

Smartfonlar üçün yeni JoviOS qabığı buraxmağı planlaşdıran Vivo şirkəti bu plandan imtina edib. Bunun əvəzində, o, FunTouch adlı mövcud istifadəçi interfeysinin FunTouch OS 10 yeni versiyasını buraxıb.

FunTouch OS inkişaf komandasının rəhbəri Xiao Zhuge komandasının hazırda "zəlzələ xəbərdarlığı" (Earthquake Warning) adlı yeni xüsusiyyət üzərində işlədiyi barədə məlumat verib. Yaxın bir neçə həftə ərzində bu funksiya daxili sınaqdan keçiriləcək. Bu onu göstərir ki, tezliklə Vivo smartfonlarının sahibləri onu sınaya biləcəklər.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Vivo smartfonları üçün nəzərdə tutulan bu xüsusiyyət Xiaomi-nin MIUI 11 markalı qabığının son versiyası ilə buraxılan zəlzələ xəbərdarlığı funksiyasına bənzəyir. Xiaomi, MIUI 11 ilə olan smartfonların və hətta Mi TV televizorların istifadəçilərini gözlənilən təhlükə barədə xəbərdar edə biləcəyini iddia edir. Xəbərdarlıq zəlzələni bir saniyədən bir neçə on saniyəyə qədər qabaqlaya bilər. Bu isə mümkün qədər çox insan həyatını xilas etmək üçün kifayət edir.

Vivo smartfonları təkcə zəlzələ barədə xəbərdarlıq etməyəcək, həm də yaxın sığınacaq haqqında, fövqəladə hallar üçün əlaqə kontaktları, tibbi əlaqə və xilasetmə işləri barədə məlumatı təqdim edəcək ki, bunlar da kritik vəziyyətdə kömək etməlidir.


Etiketlər:  Vivo smartfonlarına həyat xilas etməyi öyrətdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ