Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bakıda ev sahibi olacağıq” – Şenol Güneş

“Bakıda ev sahibi olacağıq” – Şenol Güneş

Tarix: 2 Yanvar 2020 21:00

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş “Avro-2020”də qrupun iki oyununu Bakıda keçirəcəkləri barədə yeni açıqlama verib.

Qol.az “TRT Spor”un saytına istinadən xəbər verir ki, o, Azərbaycanda oynayacaqları üçün məmnun olduğunu söyləyib.

“Amma ilk matçımızı Romada keçirəcəyik. Ona görə də Roma – Bakı marşrutunu keç kim istəmirdi. Səfər uzun olacaq. Amma problem deyil. Biz Bakıda ev sahibi olacağıq” – deyə o bildirib.

Xatırladaq ki, Türkiyə millisi Bakıda iyunun 17-si Uels, iyunun 21-də isə İsveçrə ilə qarşılaşacaq.

 


Etiketlər:  Bakıda sahibi olacağıq Şenol Güneş


RƏYLƏR