Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2025 08:10
Türkiyəli məşhur aktyor Kenan İmirzalıoğlu həyat yoldaşı və həmkarı Sinem Kobala 38-ci ad günü münasibətilə sürpriz edib.
Sonxeber.net xəbər verir ki, o, xanımına üzərində maraqlı qeyd olan tort hazırlatdırıb.
Tortun üzərində "Hem harbi, hem Barbie" sözləri yazılıb.
Qeyd edək ki, cütlük 2016-cı ildə ailə qurub. Onların Lalı və Leyla adlı qızları var.
Cütlüyün evliliyi ilə bağlı sosial şəbəkələrdə yayılan boşanma şayiələrinin Sinemin ad günündən sonra yalan olduğu bilinib.