Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2025 16:20
Azərbaycanda daha bir futbol klubu fəaliyyətə başlayıb.
Sonxeber.net sport1.az-a istinadən xəbər verir ki, "Zəngəzur" adlı komanda yeni mövsümdən Region Liqasında çıxış edəcək.
Klubun təsisçisi və prezidenti Şahin Məmmədovdur. Komanda Qərbi Azərbaycanı təmsil edəcək. "Zəngəzur" Region Liqasında paytaxt və Şimal zonasında mübarizə aparacaq. Klub ev oyunlarını Bakıda keçirəcək. Komandanın başlıca məqsədi çempion olaraq II Liqaya yüksəlməkdir.
Yeni yaranan komandanın büdcəsi 100 min manatdan çoxdur. Kollektivə Qərbi Azərbaycan İcmasının da dəstək olacağı vurğulanır.