Tarix: 3 Yanvar 2020 01:18
“Atalanta”nın futbolçusu Deyan Kuluşevskinin “Yuventus”a keçiri rəsmiləşib.
Qol.az Turin klubunun saytına istinadən xəbər verir ki, isveçli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
İtaliya mətbuatı “Yuventus”un bu transferə görə qarşı tərəfə 35 milyon avro ödədiyini yazıb.
Qeyd edək ki, 19 yaşlı futbolçu mövsümün əvvəlindən “Parma”da icarə əsasında çıxış edir. “Yuventus” onun mövsümün sonunadək “Parma”da qalmasına qərar verib. O, Turin təmsilçisinə mövsümün sonunda qoşulacaq. Gənc yarımmüdafiəçi mövsümün ilk yarısında 17 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə edib.