Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 16:34
Türkiyə hökuməti son günlər bölgədə baş verən hadisələrdən ciddi narahatdır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin məlum hadisələrlə bağlı açıqlamasında qeyd olunub.
Bildirilib ki, xüsusilə İraq ərazisindəki hadisələrin münaqişə vəziyyətinə səbəb olması bu ölkə ilə yanaşı, bölgədə də sülhə və sabitliyə ciddi təhlükədir. Bu səbəbdən bütün tərəflər sağlam fikirlə hərəkət etməli, bölgədə sülhə və sabitliyə təhlükə yaradan birtərəfli addımlardan qaçmalı, diplomatik davranışa üstünlük verməlidirlər.