Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

22 pulsuz ulduz

22 pulsuz ulduz

Tarix: 4 Yanvar 2020 20:12

Qış transfer dönəmində adətən çox az sayda səs-küylü keçidlər gerçəkləşir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Avropa klublarının əksəri indidən mövsümün sonunun planlarını cızır.

Avropa transfer bazarında astronomik məbləğlər dövr etdiyindən, klublar Maliyyə Feyr-Pleyi qaydalarını pozmamaq üçün eyni zamanda ucuz və ya havayı oyunçu axtarışları da aparırlar. Kifayət qədər ulduz futbolçu var ki, komandası ilə müqavilə müddəti cari mövsümün sonuna qədərdir. "Bosman qaydaları"na görə, belə oyunçu sözləşmə müddətinin sonuna 6 ay qalmışdan etibarən istədiyi klubla anlaşa bilər.

Qitənin böyük klublarının heyətində yayda azad agent statusu daşıyacaq tanınmış simalar var. Klub rəhbərləri ya onlarla müqavilə müddətini vaxt itirmədən daha yaxşı şərtlərlə yeniləməli, ya da qış fasiləsində dəyər-dəyməz qiymətə satmalıdırlar ki, mövsümün sonunda heç nə qazandırmadan getməsinlər.

Bu mənada PSJ-nin işi daha çətindir. Çünki Fransa çempionunun 4 oyunçusu yayda havayı yola salına bilər. "Çelsi"də isə bu say 3-dür.


Etiketlər:  pulsuz ulduz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ