Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 09:14
İraq Baş nazirinin vəzifəsini icra edən Adel Abdel Mehdi ölkədə üç günlük matəm elan edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə İraq hökumətinin başçısı öz rəsmi "Twitter" səhifəsində yazıb.
Bildirilib ki, matəm İranlı general Qasim Süleymaninin və şiə milis başçısının müavini Əbu Mehdi əl-Muhandisin ABŞ-ın hava hücumu nəticəsində öldürülməsi ilə əlaqədar elan edilib.
Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.