Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 11:04
Malmödə İsveç futbolunun canlı əfsanəsi Zlatan İbrahimoviçin şərəfinə ucaldımış heykəl növbəti dəfə vandalizmə məruz qalıb.
Qol.az xəbər verir ki, bu gün naməlum şəxs və ya şəxslər “Milan”ın hücumçusunun heykəlini aşırıblar. Daha əvvəl isə onlar mişarla heykəlin ayaqlarını kəsiblər, baş hissəsinə üzərində “İsveç” sözü yazılan sviter keçirilib. Heykəlin yaxınlığına “götürülsün” sözü də yazılıb.
Hazırda polis faktla bağlı araşdırma aparır.