Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 12:18
Meksikanın Oahaka ştatında 6,5 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net bildirir ki, Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Unyon İdalqo şəhərindən 38 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına əsasən, zəlzələ 6,0 bal gücündə, ocağı isə 100 kilometr dərinlikdə olub.