Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran Süleymaninin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etdi

İran Süleymaninin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etdi

Tarix: 5 Yanvar 2020 18:16

Tehran ABŞ-ın İraqda həyata keçirdiyi əməliyyat nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı Qasim Süleymaninin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu bu gün İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib.

A. Musəvi deyib ki, İran XİN olayla bağlı siyasi, hüquqi müstəvidə, o cümlədən BMT Təhlükəsizlik Şurası çərçivəsində addımlar atır.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib. ABŞ Prezidenti Donald Tramp isə İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.


Etiketlər:  İran Süleymaninin öldürülməsi ilə bağlı Təhlükəsizlik Şurasına müraciət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ