Tarix: 5 Yanvar 2020 18:40
Danimarka millisinin sabiq üzvü Yon Dal Tomassonun yeni iş yeri məlum olub.
Qol.az xəbər verir ki, 43 yaşlı mütəxəssis İsveçin “Malmö” klubunu çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tomasson bu vəzifədə almaniyalı Uve Rösleri əvəz edib.
Qeyd edək ki, ötənlərin məşhur futbolçusu buna qədər Niderlandın "Ekselsior" və "Roda" klublarında baş məşqçi, Danimarka millisində isə köməkçi məşçi kimi işləyib.