Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 08:50
Kişi boksçulardan ibarət Azərbaycan millisi ilk təlim-məşq toplanışına başlayıb.
Azərbaycan Boks Federasiyasından Sonxeber.net-a verilən məlumata görə, baş məşqçi Umberto Orta Dominqezin rəhbərliyi altında bir araya gələn yığmamızın hazırlıq məşqləri Abşeron Olimpiya İdman Kompleksində təşkil olunub. Hazırlığa 18 boksçu dəvət edilib.
Təlim-məşq toplanışı 9 gün davam edəcək. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönələcək.
Toplanış yanvarda Tailandda keçiriləcək beynəlxalq yoldaşlıq görüşlərinə (təlim-məşq toplanışına) və Türkiyədə təşkil olunacaq Əhməd Comərdin xatirəsinə həsr edilmiş turnirlərə hazırlıq xarakteri daşıyır.