Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 15:56
Millinin formasını geyinən bəzi futbolçuların bukmeker kontorları ilə əlaqəsi var.
Sonxeber.net sportinfo.az-a istinadən məlumatına görə, belə bir iddia ilə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev çıxış edib. O, AFFA rəhbərliyinin bağlı qapılar arxasında keçirilən toplantısında bu haqda danışıb və konkret ad(lar) çəkib.
PFL-in birinci şəxsi bildirib ki, həmin oyunçu(lar) barədə konkret faktlar var, amma nədənsə adları ictimaiyyətdən gizli saxlanılır.
AFFA-nın baş katibi Elxan Məmmədov məsələdən xəbərdar olduğunu, lakin o futbolçuların millinin deyil, öz klublarının oyunlarına pul qoyuluşu etdiyini deyib. Lakin federasiya rəsmisi hansı səbəbdən onların adlarının "qara siyahı"ya salınmadığını açıqlamayıb.