Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 12:26
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində ümumilikdə 100 mindən çox sərnişin şəhərlərarası və beynəlxalq istiqamətlərə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.
Onun sözlərinə görə, sərnişin axını ən çox 30 dekabr və 2 yanvar günlərində müşahidə olunub:
"Qeyd olunan tarixlərdə bir gün ərzində 17 mindən çox sərnişin biletlə təmin edilib. Ən sevindirici hal isə istər "Məlumat Mərkəzi"nə, istərsə də "Facebook" ünvanımıza daxil olan müraciətlər arasında şikayətin qeydə alınmamasıdır. Vətəndaşlar yarana biləcək hər hansı neqativ halla bağlı hər gün saat 07:00-dan 23:30-a qədər (012) 406-01-58/59 nömrəli "Məlumat Mərkəzi"nə zəng edə bilərlər. Eyni zamanda, "Facebook" və [email protected] e-mail ünvanı üzərindən də müraciət etmək mümkündür".