Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aqilin acığına bir araya gəldilər - FOTO

Aqilin acığına bir araya gəldilər - FOTO

Tarix: 7 Yanvar 2020 15:00

Aktyorlar Elcan Rəsulov və Kəmalə Piriyeva bir müddət əvvəl rejissorluğunu Aqil M.Quliyevin etdiyi "Ər və arvad" serialından qalmaqallı şəkildə ayrılıblar.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, rejissor aktyorları, aktyorlar isə açıqlamasında rejissoru qeyri-peşəkarlıqda günahlandırıb.

Elcan və Kəmalə yenidən bir araya gələrək, "Ər və arvad"a rəqib olmaq qərarına gəliblər. Belə ki, onlar "1 kişi, 1 qadın" adlı ekran işində rol alacaqlar. Hazırda serialın tanıtım çarxları yayımlanıb. Elcan ekran işinin yaxın günlərdə ATV-də efirə gedəcəyini vurğulayıblar.

Qeyd edək ki, Elcan "Ər və arvad"dan getməsi ilə bağlı "Hardansa getmişəmsə, bilin oradakılar işləmir. Özlərini hər şey etmiş hesab edirlər və yorulublar. İstəmərəm bizim üzümüzdən tamaşaçı yorulsun, baxdığı nəyisə yenidən izləsin. Kəmalə də əcəb edib gedib. Estetik baxımdan yaxşı deyil. Ər və arvad təqdim edilib, digərləri gələndə yaxşı alınmır" açıqlamasını vermişdi.

Aqil M.Quliyev isə "Ər-arvad" dəyişib. İki nəfər yox, daha çox adam olacaq" sözlərini söyləmişdi.


Etiketlər:  Aqilin acığına araya gəldilər FOTO


RƏYLƏR