Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 15:24
“Səbail”in qapıçısı Aleksandr Rıbka Ukraynın “Komanda” nəşrinə müsahibə verib. Qol.az xəbər verir ki, o, Azərbaycandakı karyerası barədə də danışıb.
- 2019-cu il Azərbaycanda sizin üçün necə keçdi?
- Düşünürəm ki, zədəli olmağıma və payızda bir çox oyunu buraxmağıma baxmayaraq, 2019-cu ili aktivimə yaza bilərəm. Zədə futbolçu karyerasının bir hissədir. Elə mənfi məqamlar olur ki, sən başıuca geri qayıtmalısan. Müsbət məqam kimi, ötən çempionatın ikinci hissəsini qeyd edə bilərəm. Həmin vaxt biz üçüncü yeri tutduq və avrokubokda oynamaq hüququ qazandıq.
- Zədəniz nə dərəcədə ciddi idi?
- Əvvəllər belə zədələrim olmurdu. Altı ay sıradan çıxdım. Xoşbəxtlikdən bərpam həkimlərin proqnozlaşdırdığı vaxtda və uğurlu keçdi. Nəticədə ötən ilin sonları 3-ü çempionat, 2-si kubok olmaqla 5 matçda iştirak edə bildim.
- Ötən ilki uğurlu çıxışdan sonra “Səbail” indi turnir cədvəlində sonuncu yerdədir. Uğursuz nəticələrin səbəbi nədir?
- Ümid edirəm ki, biz vəziyyəti düzəldəcəyik, klub rəhbərliyi, məşqçi heyəti araşdıracaq ki, niyə belə alındı və biz nəticə çıxaracağıq. Qarşıda qış hazırlığı var. Çalışacağıq ki, oyunumuzu düzəldək.
- Komandanızın sonuncu yerdə olmasını layiqli hesab edirsiniz?
- Zədəli vaxtda kənardan baxana görürdüm ki, biz yalnız “Qəbələ”yə 0:1 uduzduğumuz oyunda gücsüz olmuşuq. Digər bütün oyunlarda üstünlüyümüz olub. Amma axmaq səvhlərimiz komandaya istənilən nəticəni qazanmağa mane oldu.
- Azərbaycan çempionatının səviyyəsi yaxşıdır?
- Düşünmürəm ki, onların çempionatının səviyyəsini güclü, yaxud zəif hesab etmək olar. Əlbəttə, “Qarabağ”a rəqib olmaq çətindir. Bu komanda fərqlənir, digərləri isə təxminən bərabər səviyyədədir. Burada çempionat normaldır. Komandalarla legionerlər çoxdur.
- Bugünlərdə belə xəbər yayıldı ki, siz Ukraynaya qayıdaraq Donetsk “Olimpik”ində çıxış edəcəksiniz.
- Bilmirəm, bu xəbərlər haradan qaynaqlanır. Mənə buna görə Azərbaycandan, öz klubumdan zəng etdilər. Mən də bu cür “keçid”lərdən məlumatsızam.
- Gələcəyinizi Azərbaycanla bağlayırsınız?
- Hə. Mənim 1,5 illik müqaviləm var. Hələ ki, məni burda hər şey qane edir. Ümid edirəm, hər şey sabit olacaq və yeni klub axtarmağa ehtiyac qalmayacaq.