Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çarmıxa çəkmək, diri-diri yandırmaq lazımdır'' - Məşhurlar Nərmindən yazdılar - FOTO

''Çarmıxa çəkmək, diri-diri yandırmaq lazımdır'' - Məşhurlar Nərmindən yazdılar - FOTO

Tarix: 7 Yanvar 2020 16:40

Ötən ilin noyabrında itkin düşən və dünən yandırılmış halda meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətli sosial mediada müzakirə olunur.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu faciəyə məşhurlar da biganə qalmayıb. Onlar sosial media hesablarında bununla bağlı paylaşım ediblər.

Müğənni Nigar Camal paylaşımında Nərminin valideynlərinə səbr diləyib:

"Bu, ağır itkidir. Biz bilmirik Nərmin balamıza hansı xəsarətləri yetiriblər. Belə insanları, pedofilləri məhv etmək, diri-diri yandırmaq lazımdır. Başqa yol görmürəm. Balaca uşağa necə başqa gözlə baxmaq olar? Məsum körpəyə - 10 yaşlı qıza bunu etmək vəhşilikdir. Belə şeyləri boş buraxmaq olmaz. Tapıb cəzalandırmaq lazımdır. Özü də həbs etmək yox, dünyadakı ən sərt cəzalara məhkum etmək mütləqdir. Uşaqlar valideynə Allahın ən böyük hədiyyəsidir. Allah heç bir valideynə bu ağrını nəsib etməsin!".

Aparıcı Lalə Azərtaş isə fikirlərini belə ifadə edib:

"Bəli! Meşələr yanmasın, canlılar məhv olmasın. Amma belə məsum körpələr heç ölməsin, öldürülməsin. Qatili ən ağır şəkildə cəzalandırılsın. Onun ahın ödəmədən, hər gün ölə-ölə yaşamadan rahat gəzmə, qatil!".

Müğənni Elton Hüseynəliyev isə Nərminin fotosunu "Dəhşətli bir hadisədir. Qatil mütləq cəzalanacaq, buna əminəm. Belə məxluqlar ən ağır cəzaya layiqdir" sözlərini yazaraq paylaşıb.

Müğənni Elvin Abdullayev "Bu körpənin günahı nədir?Allah heç bir ana-atanı övladı ilə sınağa çəkməsin. Bunu edər hər kimdirsə, çarmıxa çəkilməlidir" sözləri ilə Nərminin ailəsinə başsağlığı verib.


Etiketlər:  Çarmıxa çəkmək diri diri yandırmaq lazımdır Məşhurlar Nərmindən yazdılar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ